Tacikistan və Qırğızıstan sərhədçiləri arasında yenidən atışma olub

Tacikistan və Qırğızıstan sərhədçiləri arasında yenidən atışma olub

Bu gün Qırğızıstan və Tacikistan sərhədində hər iki ölkənin silahlı qüvvələri arasında atışma davam edib.

“Poliqon”un məlumatına görə, toqquşma nəticəsində 1 Qırğızıstan vətəndaşı ölüb, 16 nəfər isə yaralanıb. Qarşıdurma zamanı Qırğızıstan sərhəd zastavası yandırılıb.

Tacikistan tərəfi üç vətəndaşın güllə yarası aldığını açıqlayıb.

Günün ikinci yarısında Qırğızıstan və Tacikistan xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər.

Razılığa əsasən, bu gün yerli vaxtla saat 20.00-dan atəşkəs qüvvəyə minməli və hər iki tərəfdən silahlı qüvvələr əvvəlki yerlərinə qayıdmalı idi. Təflərər ərazidə monitorinq aparılması barədə də razılıq olub.

Lakin axşam saatlarında Qırğızıstanın Batkən regionunun Leilek rayonunda Tacikistan və Qırğızıstan sərhədçiləri arasında yenidən atışma olub.

Qırğızıstan tərəfi Golovnoy bölgəsini tam nəzarətə götürdüyünü bildirib.

Xatırladaq ki, dünən axşam saatlarında Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra qarşıdurma başlanıb. Tacikistan tərəfi qırğız kəndinin əhalisini daşa tutub, ov tüfənglərindən atəş açıb.

Qarşıdurma nəticəsində Qırğızıstan tərəfi münaqişə zonasından 400-dən çox insanı təhlükəsiz ərazilərə köçürüb.

CATEGORIES
TAGS