
“Tank biatlonu” müsabiqəsinə hazırlıqlar davam edir
“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılar hazırlıqlarını davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə komanda heyəti yarışa qatılacaqları tankların ştat silahlarından yoxlama atışları icra ediblər.
Birinci divizionda Belarusiya, Serbiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq Azərbaycan tankçıları ilk yarışa avqustun 24-də başlayacaqlar.
CATEGORIES Xəbərlər