
“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir
“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyanın Moskva şəhərində“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, bu mərhələdə hər komanda üzrə üç ekipaj tankla 50 kilometr məsafəni keçərək 24 hədəfi məhv etməlidir.
Yarımfinal mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan komandalar müəyyənləşəcək.
CATEGORIES Xəbərlər