“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib
Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 24-də yarımfinal mərhələsində Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparacaqlar.
CATEGORIES Xəbərlər