Tayland hərbi aviasiya parkını yeniləyir

Tayland hərbi aviasiya parkını yeniləyir

Tayland Hərbi Hava Qüvvələri (HHQ) ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan köhnəlmiş F-16A/B “Fighting Falcon” təyyarələrini yeni nəsil təyyarələrlə əvəz edəcək.

“Poliqon” un məlumatına görə, bu məqsədlə Tayland hökuməti 415 milyon ABŞ dolları vəsait ayırıb.

Bu vəsaitlə ilk mərhələdə 4 ədəd döyüş təyyarəsinin alınması nəzərdə tutulub.

Tayland hərbi aviasiya bazasının gücləndirilməsi üçün həyata keçirilən proqram çərçivəsində alınacaq döyüş təyyarələrini dəqiq sayı və modeli haqqında hələki məlumat verilmir. Lakin hərbi eksperlər alınacaq yeni təyyarələrin “Lockheed Martin” şirkətinin F-35 “Lightning” döyüş təyyarələrini olması iddiasındadır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS