Taylandda yeni YARS yaradılıb
Tayland 6 il ərzində özünün yaylım atəşli reaktiv sistemini (YARS) işləyib hazırlayaraq istehsal etməyə başlayıb.
“Poliqon” xəbər verir ki, Tayland Müdafiə Texnologiyaları İnstitutu (Defence Technology Institute – DTİ) 20 ədəd 122 millimetrlik istiqamətləndirici borulu paketə malik DTI-2 YARS hazırlayıb.
Tayland Kral Ordusu atəş məsafəsi 10 kilometrə qədər olan belə YARS-ları qəbul etməyə başlayıb.
Məlumdur ki, Tayland sistem üçün əsas prototip olaraq Çinin təkərli şassi üzərində çapı 122 millimetr olan SR4 YARS seçilib. Şassi qismində Çinin “Type” 85 zirehli tramsportyorundan (ZTR) istifadə olunub. Qeyd edək ki, Tayland 2013-cü ildə Çindən dörd ədəd SR4 YARS alıb. “Type” 85 ZTR-i 30 ədəd əlavə 122 mm-lik reaktiv mərminin daşınmasını təmin edir.
Xatırladaq ki, Çin istehsalı SR4 YARS 6×6 təkər formullu şassiyə əsaslanan YARS-dır. Sistemin buraxma qurğusu “Shaanxi” SX2190KA 6×6 ağır hərbi avtomobilinin bazasında yaradılıb. Buraxma qurğusu hərəsində 20 ədəd istiqamətləndirici boru olan iki paketə sahibdir. Atış 122 mm-lik reaktiv mərmilərlə aparılır.
Əhəd Əzizov