Təkmilləşdirilmiş T-80BVM tankları Rusiya Ordusuna təhvil verilib

Təkmilləşdirilmiş T-80BVM tankları Rusiya Ordusuna təhvil verilib

“Uralvaqonzavod” konserni təkmilləşdirilmiş T-80BVM tanklarının daha bir partiyasını Rusiya Ordusuna təhvil verib.

“Poliqon” “Uralvaqonzavod”a istinadən xəbər verir ki, çatdırılan tankların mühafizəsi xüsusi əməliyyat təcrübəsi nəzərə alınmaqla təkmilləşdirilib.

Bildirilib ki, ekipajın mühafizəsini gücləndirmək üçün bir çox mühəndis həlləri tətbiq edilib. Bununla da tank heyəti – komandir, sürücü-mexanik və tuşlayıcı-operator döyüş tapşırıqlarını yerinə yetirərkən özlərini daha inamlı hiss edə bilərlər.

T-80BVM, T-80 tankının müasir versiyasıdır. Təkmilləşdirmə sayəsində onun əsas döyüş keyfiyyətləri (atəş gücü, mühafizə, hərəkətlilik və komanda idarəetməsi) artırılıb. İstehsalçının qeyd etdiyinə görə, tankın mühərriki ən şiddətli şaxtada belə mükəmməl işləyir.

CATEGORIES
TAGS