“TEKNOFEST Azərbaycan – 2022” festivalının keçiriləcəyi tarix müəyyənləşdi

“TEKNOFEST Azərbaycan – 2022” festivalının keçiriləcəyi tarix müəyyənləşdi

Xəbər verdiyimiz kimi, TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalı bu il Türkiyədə və Azərbaycanda keçiriləcək.

TEKNOFEST-in təşkilat komitəsindən “Poliqon”a verilən məlumata görə, festival 2022-ci il 26-29 may tarixlərində Azərbaycanda təşkil olunacaq.

“TEKNOFEST Azərbaycan – 2022” festivalı çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” hakatonu, “Take Off” Azərbaycan Startap sammiti və “Rocket League” video oyunu üzrə Avropa kiber idman kuboku təşkil olunacaq.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatların və helikopterlərin sərgilənməsi nəzərdə tutulub.

Festival çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Yıldızları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları təşkil olunacaq.

“TEKNOFEST Azərbaycan -2022” çərçivəsində keçiriləcək yarışmalara qeydiyyatlar artıq başlayıb.

Poliqon.az

CATEGORIES
TAGS