“TEKNOFEST Azərbaycan”: Azərbaycan və Türkiyə komandaları PUA üzrə sınaq uçuşları keçirib

“TEKNOFEST Azərbaycan”: Azərbaycan və Türkiyə komandaları PUA üzrə sınaq uçuşları keçirib

Mayın 23 və 24 tarixlərində “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində pilotsuz uçuş aparatı (PUA) üzrə sınaq uçuşları keçirilib.

TEKNOFEST-in təşkilat komitəsindən “Poliqon”a verilən məlumata görə, Hacıqabul aerodromunda 10 Azərbaycan və 4 Türkiyə komandasının sınaq uçuşları baş tutub.

Qeyd edək ki, PUA müsabiqəsində iştirakla bağlı Azərbaycan və Türkiyənin ümumilikdə 45 universitetindən 130 komanda müraciət daxil olub. Müsabiqənin müvafiq mərhələlərini uğurla tamamlamış 14 komanda sınaq uçuşlarını səlis yerinə yetirməklə “TEKNOFEST Azərbaycan” festivalının iştirakçısı adını qazanmaq üçün yarışacaqlar.

Keçirilən sınaq uçuçları komandalar üçün olduqca kritik əhəmiyyət daşıyır. Münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən “TEKNOFEST Azərbaycan” festivalının finalçıları müəyyənləşəcək.

1 26 3 23 5 10 6 7 7 6 8 6 9 5

Poliqon.az

CATEGORIES
TAGS