Tərtərdə mina hadisəsi baş verib – YENİLƏNİB

Tərtərdə mina hadisəsi baş verib – YENİLƏNİB

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Tərtər rayonunda baş verən mina hadisəsi barədə əlavə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

“ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır”, – deyə məlumatda qeyd edilib.

***

2023-cü il 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəsarət alıb.

Hadisə ilə bağlı ANAMA tərəfindən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Poliqon.az

CATEGORIES
TAGS