Xəbərlər

Tərtərdə mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb

Fevral 8-də Tərtər rayonunda mina partlayışı nəticəsində 1963-cü il təvəllüdlü Səfərov Alışan Şərif oğlu və 1965-ci il təvəllüdlü Səfərov Faiq İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Minatəmizləmə Agentliyindən “Poliqon”a verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Bildirilib ki, faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Poliqon.az

Back to top button