
Ermənistan Silahlı Qüvvələrinə aid multikopter tipli pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, yanvarın 22-i gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən PUA aşkar olunaraq atəşlə məhv edilib.





