TRANSCOM-un komandanı Bakıda

Oktyabrın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ nəqliyyat komandanı (TRANSCOM) general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Görüş zamanı ABŞ və Azərbaycan Respublikası arasındakı hərbi əməkdaşlıq məsələləri, regionda vəziyyət və Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada əhəmiyyəti rolu barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ötən gün general Freyzer Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də qəbul edilib.

CATEGORIES