Müdafiə

“TURAZ Şahini – 2016″da şərti terrorçuların yerləşdiyi məkanların məhv edilməsi əməliyyatı keçirilib

Türkiyənin Konya şəhərində keçirilən “TURAZ Şahini – 2016” birgə taktiki-uçuş təlimləri davam edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərin ssenarisinə əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə F-16 qırıcı təyyarələri ilə şərti olaraq terrorçuların yerləşdiyi məkanların məhvetmə əməliyyatını keçiriblər.

Təlim əməliyyatı zamanı şərti döyüşə girən F-16 qırıcıları qoruma təyyarələri vasitəsilə mühafizə edilib. Birgə keçirilən əməliyyat uğurla başa çatıb. Şərti terrorçular və onların yerləşdikləri ərazi məhv edilib.

Təlimlər davam edir.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

 

Back to top button