Türkiyənin M4K zirehli təmir-təxliyyə maşını ordunun istifadəsinə verilib

Türkiyənin M4K zirehli təmir-təxliyyə maşını ordunun istifadəsinə verilib

Türkiyənin “MPG Makine” şirkəti tərəfindən hazırlanan və istehsal edilən M4K zirehli təmir-təxliyyə nəqliyyat vasitəsi Quru Qoşunlarına təhvil verilib.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, M4K Quru Qoşunların invertarındakı maşınların təxliyyəsində istifadə edilməsi üçün yerli imkanlar hesabına istehsal edilib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, M4K kalifikasiya sınaqlarını cari ilin əvvəlində uğurla tamamlayıb.

Ümumilikdə 29 ədəd M4K zirehli nəqliyyat vasitəsi Türkiyə Silahlı Qüvvələrinin invertarına daxil ediləcək.

8×8 təkər formuluna malik M4K maşını ASELSAN şirkətinin istehsalı olan “Sarp” məsafədən idarə olunan döyüş modulu ilə silahlandırırlıb.

CATEGORIES
TAGS