Xəbərlər

Türkiyə F-35 proqramından çıxarıldı

ABŞ Türkiyənin F-35 proqramından rəsmi olaraq çıxarıldığını Ankaraya bildirib.

Bu barədə “Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verib.

Pentaqon rəsmisi 2006-cı ildə iştirakçıların imzalamsı üçün açılan və 2007-ci ilin 26 yanvarında Türkiyənin imzaladığı “Birgə Əməkdaşlıq Memorandumu”nun ləğv olunduğunu, həmçinin yeni razılaşma mətninə Türkiyənin daxil edilmədiyini bildirib.

Qeyd olunub ki, başqa dövlət əlavə edilmdən 2006-cı il memorandumu öncəki 8 iştirakçı ilə birlikdə yenilənib.

“Birgə Əməkdaşlıq Memorandumu”na əsasən, Türkiyə ilk mərhələdə 100 ədəd F-35A döyüş təyyarəsi əldə etməli idi.

2018-ci ildə əvvəl 4, sonra isə 2 ədəd F-35 döyüş təyyarəsinin mülkiyyət hüquqları Türkiyəyə verilsə də, ABŞ ilə Türkiyə arasında S-400 HHM sistemi böhranın çıxması F-35-lərin təhvil verilməsinə əngəl olub. Nəticədə həmin 6 ədəd F-35 ABŞ Hərbi Hava Qüvvələri tərəfindən satın alınıb.

Poliqon.az

Back to top button