Xəbərlər

Türkiyə MN: Azərbaycanlı qardaşlarımıza bundan sonra da dəstək verməyə davam edəcəyik

Azərbaycan Türkü qardaşlarımızın haqlı mübarizəsində bundan öncə olduğu kimi, bundan sonra da yanlarında olmağa və dəstək verməyə davam edəcəyik.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin məsul zabiti, mayor Pınar Kara bu gün keçirdiyi brifinqdə bildirib.

Nazirlik sözçüsü bildirib ki, Ermənistan sentyabrın 27-də başladığı hücumlarına 10, 18 və 26 oktyabr tarixlərində elan edilən atəşkəslərə baxmayaraq birbaşa dinc əhalini və yaşayış məntəqələrini beynəlxalq hüquqa zidd olaraq hədəf almaqda davam etməkdədir.

“Bu günə qədər hücumlarda Azərbaycan vətəndaşlarından 91 dinc sakin həyatını itirib və 400 nəfər yaralanıb. Daimi sülh və asayiş Ermənistanın terrorçu və muzdlu əsgərlər göndərərək 30 ildir işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi ilə təmin olunacaqdır. Azərbaycan bu günə qədər özünümüdafiə haqqından istifadə edərək, öz gücünə torpaqlarını işğaldan azad etmək qabiliyəətində olduğunu göstərdi”, – deyə mayor P.Kara vurğulayıb.

 

 

Back to top button