Türkiyə Böyük Britaniyadan “Type 23” freqatları alıb – İDDİA

Türkiyə Böyük Britaniyadan “Type 23” freqatları alıb – İDDİA

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Böyük Britaniyadan ikinci əl “Type 23” freqatları alıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Marine Deal News” nəşri məlumat yayıb.

Məlumatda bildirilib ki, “Type 23” freqatlarının alınmasına dair razılaşma Türkiyə milli müdafiə naziri Hulusi Akarın yaxın günlərdə Böyük Britaniyaya səfəri çərçivəsində bu ölkədəki həmkarı Ben Uolles ilə görüşü zamanı əldə olunub. Lakin nəşr Türkiyənin Böyük Britaniyadan neçə ədəd freqat aldığını və sövdələşmənin dəyəri ilə bağlı əlavə məlumat verməyib.

Hazırda Böyük Britaniya HDQ-nin silahlanmasında 12 ədəd “Type 23” freqatı mövcuddur. Bir müddət öncə əsaslı modernizasiya olunan bu hərbi gəmilər Böyük Britaniya HDQ tərəfindən aktiv şəkildə istifadə edilir.

Qeyd edək ki, bütün bunlara baxmayaraq Böyük Britaniya Müdafiə Nazirliyi köhnəlmiş “Type 23” freqatlarını yeni “Type 31”lər ilə əvəz etmək üçün onları satışa çıxarıb.

Poliqon.az

CATEGORIES
TAGS