Türkiyə Çada “Hürkuş” və “Anka” tədarük edib – VİDEO
Türkiyənin TUSAŞ şirkəti 3 ədəd “Hürkuş” təlim təyarəsini və 2 ədəd “Anka” pilotsuz uçuş aparatını (PUA) Çad Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.
Bu barədə “Poliqon” TUSAŞ şirkətinə istinadən xəbər verib.
Qeyd edək ki, şirkət tərəfinən Çad HHQ-yə “Hürkuş” təlim təyarəsinin tədarük ediləcəyi 2022-ci ilin iyulunda, “Anka” PUA-nın çatdırılacağı isə cari ilin fevralında açıqlanıb.
Həmçinin bax: TUSAŞ “Hürkuş” təyyarələrini Nigerdən sonra bu ölkəyə ixrac edəcək və İndoneziya, Çad və Əlcəzair Türkiyənin ANKA PUA-larını alır