Türkiyə HDQ “Milgem” layihəsi üzrə daha 3 freqat əldə edəcək

Türkiyə HDQ “Milgem” layihəsi üzrə daha 3 freqat əldə edəcək

“Milgem” layihəsi çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) “İstif” (“İ”) sinifinə aid daha 3 ədəd freqat əldə edəcək.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunun üçün Türkiyənin Müdafiə Sənayesi Başqanlığında (SSB) müdafiə sənayesi başqanı İsmayıl Dəmir, STM şirkətinin baş direktoru Özgür Güleryüz, “Sedef” tərsanəsinin idarə heyətinin sədri Metin Kalkavan, “Anadolu” tərsanəsinin sədri Süalp Ömer Ürkmez və “Sefine” tərsanəsinin nümayəndəsi Seman Demir Koloğlunun iştirakı ilə imza mərasimi keçirilib.

Mərasimdə çıxış edən İ.Dəmir bildirib ki, Türkiyə qlobal çərçivədə öz gəmisini dizayn və inşa edə bilən azsaylı ölkələr sırasında yer alır.

“Milgem” layihəsi üzrə inşa olunan gəmilərin dünyada böyük diqqət çəkməyə başladığını ifadə edən SSB başqanı, layihənin 5-ci freqatının bu il Türkiyə HDQ-yə təhvil veriləcəyini vurğulayıb: “Türkiyənin 36 ayda 3 gəmiyə sahib olması qürur mənbəyidir ki, bu dünyada misilsizdir. Bu, həm də dünya səviyyəsində öz imkanlarımızı nümayiş etdirmək baxımından, bir araya gələndə nələrə nail ola biləcəyimizi göstərmək baxımından çox əhəmiyyətli bir addımdır”.

İnşa olunan freqatların və onların komponentlərinin 75 faizdən çoxunun yerli istehsal olduğunu deyən İsmayıl Dəmir qeyd edib ki, layihənin ilk gəmisi ilə sonuncu gəmisi arasında ciddi fərqlər olacaq.

STM-TAIS tərəfdaşlığında həyata keçiriləcək layihədə “Anadolu”, “Sedef” və “Sefine” tərsanələrinin hər birinin 36 ay ərzində eyni vaxtda “İ” sinifinə aid bir freqat inşa etməsi planlaşdırılır. İnşa olunacaq 6-cı, 7-ci və 8-ci “İstif” sinifli freqatlar da bütün sensorları və silah sistemləri milli olaraq inkişaf etdirilən yerli hava hücumundan müdafiə imkanları ilə təchiz ediləcək.

2023 04 20230406 2 58124330 87636752

Poliqon.az

CATEGORIES
TAGS