Türkiyə HDQ NAZAR lazer silah sistemini inventarına daxil edib

Türkiyə HDQ NAZAR lazer silah sistemini inventarına daxil edib

“Meteksan Savunma” tərəfindən hazırlanan NAZAR lazer raketdən müdafiə sistemi Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilib.

Bu barədə “Poliqon” “Savunmasanayist”ə istinadən xəbər verib.

Qeyd edək ki, “Nazar” layihəsi, 2016-cı ildə Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə imzalanan müqavilə əsasında hazırlanıb. Lazer silah sistemi ilk dəfə 2021-ci ildə Türkiyədə keçirilən IDEF-2021 sərgisində nümayiş etdirilib.

“Nazar” layihəsi, hərbi bazaları, qurğuları və Hərbi Dəniz Qüvvələrinin əhəmiyyətli platformalarını elektro-optik və infraqırmızı başlıqlı raketlərdən qorumaq məqsədini daşıyır. O, hədəfi istiqamətləndirilmiş lazer koretmə və funksional məhvetmə üsullarından istifadə edərək elektro-optik və infraqırmızı özütuşlama başlıqlı raketləri zərərsizləşdirir.

Sistemin işləməsi üçün lazım olan elektrik enerjisi öz generatoru tərəfindən istehsal olunur və buna görə də kənar enerji təminatı mənbəyinə ehtiyac yoxdur.

Poliqon.az

CATEGORIES
TAGS