Türkiyə HHQ aviasiya imkanlarını “Süper Şimşek” PUA-larla genişləndirir

Türkiyə HHQ aviasiya imkanlarını “Süper Şimşek” PUA-larla genişləndirir

TUSAŞ şirkətinin istehsalı olan “Süper Şimşek” taktiki pilotsuz uçuş aparatları (PUA) Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarına daxil edilib.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Qeyd edək ki, “Süper Şimşek” taktiki PUA-sı döyüş şəraitində hava hücumundan (HHM) müdafiə sistemlərini aldadmaq və təzyiq altına almaq məqsədilə istifadə edilir. Özünü olduğundan daha böyük göstərmə qabiliyyəti sayəsində radar sistemlərində bir döyüş təyyarəsi kimi görünə bilir. O, həmçinin elektron döyüş qabiliyyətinə malik taktiki PUA kimi də fəaliyyət göstərmək imkanına malikdir.

“Süper Şimşek” həm ANKA III, AKSUNGUR və ANKA kimi PUA-lardan buraxıla, həm də yerdən raket dəstəkli sistemlə atıla bilər.

Sürü PUA texnologiyası vasitəsilə istifadiyə müxtəlif əməliyyat imkanları təqdim edir. Döyüş başlığı inteqrasiya edildikdə kamikadze hücumlarında effektiv silah platformasına çevrilən bu PUA, süni intellekt dəstəkli sürü uçuş qabiliyyəti sayəsində eyni anda çoxsaylı hədəflərə yönəldilərək yüksək əməliyyat uğuru təmin edir.

Bununla yanaşı, HHM sistemlərinin test və təlim fəaliyyətlərində hədəf kimi də istifadə oluna bilər.

“Süper Şimşek”in texniki göstəriciləri:

  • Qanad açılıqlığı – 1,75 m
  • Uzunluğu – 4 m
  • Maksimal qalxış ağırlığı – 200 kq
  • Faydalı yük daşıma bacarığı – 50 kq
  • Xidmət tavanı – 35.000 ft (10668 m)
  • Maksimal sürət – 0,85 Mach (1040 km/saat)
  • Havada qalma müddəti – minimum 80 dəqiqə
  • Əməliyyat diapazonu – 900 km
CATEGORIES
TAGS