Türkiyə müdafiə sənayesinin cari ilin fevral ayı üçün ixracat rəqəmləri açıqlanıb

Türkiyə müdafiə sənayesinin cari ilin fevral ayı üçün ixracat rəqəmləri açıqlanıb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2024-cü ilin fevral ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin fevralında 302.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2023-ci il fevral – 287.1 milyon ABŞ dolları) 2024-cü ilin fevralında ixrac olunan məhsulların dəyəri artıb.

Cari ilin ilk iki ayı ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən 632.7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

CATEGORIES
TAGS