Türkiyə müdafiə sənayesinin ixracatı dörd milyard dolları ötüb

Türkiyə müdafiə sənayesinin ixracatı dörd milyard dolları ötüb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2024-cü ilin sentyabr ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin sentyabrında 566.8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2023-ci il sentyabr – 430.2 milyon ABŞ dolları) 2024-cü ilin sentyabr ayında ixrac olunan məhsulların dəyəri artıb.

Cari ilin geridə qalan üç rübü (9 ay) ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumi dəyəri 4.3 milyard ABŞ dollarından çox olan məhsul ixrac edilib.

CATEGORIES
TAGS