Türkiyə Prezidenti: Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirəcəyik

Türkiyə Prezidenti: Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirəcəyik

Üçtərəfli əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün mühüm mövzularda fikir mübadiləsi aparırıq.

“Poliqon” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə deyib.

R.T.Ərdoğanın sözlərinə görə, qarşıdakı dövrdə xarici işlər nazirləri Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlığın institusionallaşdırılması üçün lazımi işləri görəcəklər.

Türkiyə Prezidenti qeyd edib ki, ticarət, investisiya, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorlə mübarizə sahələrində üç ölkənin ümumi baxışını əks etdirən güclü çərçivə hazırlanacaq.

Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşlərinin mütəmadi keçiriləcəyini bildirən R.T.Ərdoğan, müdafiə sahəsində və terrola mübarizədə əməkdaşlığın dərinləşdiriləcəyini qeyd edib.

CATEGORIES