Türkiyə Quru Qoşunları inventarını yeni texnika və silah sistemləri ilə gücləndirir

Türkiyə Quru Qoşunları inventarını yeni texnika və silah sistemləri ilə gücləndirir

Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sensor, kəşfiyyat, radar və komanda-idarəetmə maşınının qəbul fəaliyyətini tamamlayaraq inventarına daxil edib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk, qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinqdə bildirib.

Həmçinin “Dragoneye-2” termal kameraları və “Makine ve Kimya Endüstrisi” şirkəti tərəfindən istehsal edilən müxtəlif say və çapda silah-sursat da Quru Qoşunlarının inventarına daxil edilib.

CATEGORIES