Türkiyə Rumıniyaya “Hisar” sinifli korvet tədarük edəcək

Türkiyə Rumıniyaya “Hisar” sinifli korvet tədarük edəcək

Türkiyənin ASFAT şirkəti ilə Rumıniya Müdafiə Nazirliyi arasında 1 ədəd “Hisar” sinifli korvetin (yüngül korvet) tədarükünə dair müqavilə imzalanıb.

Bu barədə “Poliqon” ASFAT şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, müqaviləyə ASFAT-ın baş direktoru Mustafa İlbaş və Rumıniya Müdafiə Nazirliyinin Silahlanma üzrə baş direktoru İon Kornel Plaşa imza atıb.

Qeyd edilib ki, bununla da ASFAT, Türkiyənin NATO və Avropa İttifaqı üzvü olan bir ölkəyə ilk döyüş gəmisi ixracını həyata keçirib.

CATEGORIES
TAGS