Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu axtarış-xilasetmə əməliyyatları davam edir

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu axtarış-xilasetmə əməliyyatları davam edir

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və insanların dağıntıların altından qurtarılması üçün axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün Türkiyə Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu, komando birlikləri və Humanitar Yardım Briqadasının Axtarış-Xilasetmə taboru cəlb edilib.

Həmçinin, bu əməliyyatlarda “Akıncı” pilotsuz uçuş aparatları (PUA), A400M nəqliyyat təyyarələri ilə birlikdə Türkiyə Silahlı Qüvvələrinin ümumilikdə 37 hava platformasından və digər vasitələrindən istifadə olunur.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələ nəticəsində 3 381 nəfərin həyatını itirdiyini, 20426 insanın yaralandığını və 5775 binanın dağıldığını açıqlayıb.

 

Poliqon.az

CATEGORIES