Türkiyə şirkəti Banqladeşə TRG-230 raket sistemləri tədarük edib

Türkiyə şirkəti Banqladeşə TRG-230 raket sistemləri tədarük edib

Türkiyənin “Roketsan” şirkəti Banqladeşə TRG-300-dən sonra TRG-230 raket sistemləri ixrac edib.

“Poliqon”un məlumatına görə, alınan raket sistemləri Banqladeş ordusunun hərbi paradında nümayiş etdirilib.

Yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində TRG-230 raketi 20-70 km məsafədəki hədəflərə qarşı intensiv və effektiv atəş aça bilir. Diametri 230 mm olan TRG-230 raketinin çəkisi 215 kq-dır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS