Türkiyə şirkəti Helikopter Tutma və Transfer Sistemi hazırlayıb

Türkiyə şirkəti Helikopter Tutma və Transfer Sistemi hazırlayıb

Türkiyədə ilk dəfə “Altınay Savunma” şirkəti tərəfindən Helikopter Tutma və Transfer Sistemi (Helikopter Yakalama ve Transfer Sistemi) hazırlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

İ.Dəmir bildirib ki, əvvəllər xaricdən alınan və embarqolarla üzələşilən sistem artıq yerli imkanlar ilə istehsal olunacaq.

SSB başqanı sistemin ilk dəfə xidmətə cari il ərzində Türkiyə Hərbi Dəniz Qüvvələrinin istismarına veriləcək milli “İstanbul” freqatı ilə başlayacığını və daha sonra digər gəmilərə də quraşdırılacağını qeyd edib.

Bu sistem helikopterlərin gəmiyə təhlükəsiz şəkildə enməsinə, fiksasiya olunmasına və anqara çəkilməsinə imkan verəcək.

HYTS 2 1536x864 1 e1675085301790

Poliqon.az

CATEGORIES
TAGS