Türkiyə yerli mühərrikli zirehli maşınlarla texnika parkını gücləndirir
Türkiyənin BMC şirkəti tərəfindən istehsal edilən yerli mühərrikli 100 ədəd taktiki təkərli zirehli nəqliyyat vasitəsi Quru Qoşunları Komandanlığına və Jandarma Baş Komandanlığına təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Başqanlığı məlumat yayıb.
Məlumatda bildirilib ki, bu münasibətlə keçirilən mərasimdə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün, Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu, Jandarma Baş komandanı Ali Çardakçı, BMC şirkətinin İdarə Heyətinin sədri Fuat Tosyalı və digər şəxslər iştirak ediblər.
TAGS Manşet