Türkiyəli nümayəndə heyəti hərbi institutu ziyarət edib

Türkiyəli nümayəndə heyəti hərbi institutu ziyarət edib

Bakıda keçirilən 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkədə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, ordu generalı İ.Özsert hərbi institutun “Fəxri qonaqlar kitabı”nı imzalayıb.

Türkiyəli nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkədə görməkdən məmnun olduğunu bildirib.

Görüşdə hər iki qardaş ölkə arasında hərbi təhsil sahəsində görülən işlərdən və perspektiv planlardan danışılıb.

Qonaqlar keyfiyyətli təhsilin təşkili məqsədilə hərbi institutda yaradılan şəraitlə tanış olublar. Türkiyəli nümayəndələrə institutda icra edilən fəaliyyətlərlə bağlı ətraflı məlumat verilib.

CATEGORIES