Türkiyənin ASELSAN və FENAC şirkətləri “Encoder” məhsulunu milliləşdirib
Türkiyənin ASELSAN və FENAC şirkətləri “Dragoneye” elektro-optik (EO) sensor sistemində istifadə edilən “Encoder” məhsulunu birgə əməkdaşlıq çərçivəsində milliləşdirib.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin aylıq bülletenində məlumat paylaşılıb.
Bildirilib ki, “Encoder” məhsulunun milliləşdirilməsi ilə xaricdən satınalmalarda yaşanan çətinliklər aradan qaldırılıb və qiymət üstünlüyü əldə edilib.
Sözügedən məhsul “Dragoneye” EO sensorunun hərəkətli istiqamətləndirmə bölməsində üfüqi və şaquli olaraq etdiyi hərəkətləri elektrik siqnalına çevirmək üçün istifadə olunur.