Türkiyənin ən böyük döyüş gəmisi təhvil üçün hazırdır

Türkiyənin ən böyük döyüş gəmisi təhvil üçün hazırdır

“TCG Anadolu” amfibiya hücum gəmisi bazar ertəsi günü təşkil olunacaq mərasimlə Türkiyənin Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmayıl Dəmir açıqlayıb.

O, “Baykar” şirkətinin hazırladığı “Bayraktar TB3” pilotsuz uçuş aparatının (PUA) “TCG Anadolu”ya inteqrasiyasını bu il başa çatdırmağı hədəflədiklərini bildirib.

“Hürjet”in də gəmidə istifadə edilməsinin planlaşdırıldığını dilə gətirən İ.Dəmir qeyd edib ki, hələlik “Anka-3” PUA-nın gəmiyə yerləşdirilməsi ilə bağlı danışmaq tezdir.

Su basımı və ölçü baxımından Türkiyə HDQ-nin ən böyük gəmisi olacaq “TCG Anadolu”nun əsas gücünü “Bayraktar TB3” pilotsuz uçuş aparatları (PUA) və döyüş helikopterləri təşkil edəcək. Bundan başqa gəminin göyərtəsində 4 ədəd əraziyə çıxarma (LCM), 2 ədəd hava yastıqlı çığarma (LCAC), 2 ədəd şəxsi heyyəti çıxarma (LCVP) nəqliyyat vasitələri, o cümlədən 13 tank, 27 ədəd müxtəlif tipli amfibia-zirehli nəqliyyat vasitəsi (AAV), 6 ədəd piyadanın döyüş maşını və 33 ədəd digər nəqliyyat vasitəsi daşına biləcək.

“TCG Anadolu” gəmisinin uzunluğu 225 metr, eni 32 metr və sürəti 20-21 knot təşkil edir. Şəxsi heyəti 700 nəfərdən ibarət olan “TCG Anadolu” ümumilikdə 1400 nəfərdən ibarət hərbi bölməni daşımaq imkanına malikdir.

İstanbul şəhərinin Tuzla bölgəsində yerləşən “Sedef” tərsanəsində inşa olunan “TCG Anadolu” gəmisinin tikintisində İspaniyanın “Navantia” tərsanəsi də iştirak edib. “TCG Anadolu” dizayn baxımından İspaniyanın “Xuan Karlos” sinfinə əsaslanıb.

Poliqon.az

CATEGORIES
TAGS