Türkiyənin Hərbi Dəniz Donanmasında Anım Günü ilə bağlı tədbir baş tutub

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən Azərbaycan hərbi qulluqçuları ilə 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Mərasimdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixindən, bu cür əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyindən, həmçinin Azərbaycanın igid oğullarının döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.
Sonda xatirə şəkili çəkdirilib.






