Türkiyənin milli döyüş təyyarəsi “Rolls-Royce” mühərriki ilə uçacaq

Türkiyənin milli döyüş təyyarəsi “Rolls-Royce” mühərriki ilə uçacaq

Türkiyənin müdafiə sənayesinin meqa layihəsi olan və TUSAŞ şirkətinin baş podratçılığı ilə hazırlanan milli döyüş təyyarələrində (MMU) istifadə olunacaq mühərriklə bağlı Böyük Britaniyanın “Rolls-Royce” şirkəti ilə əməkdaşlıq ediləcək.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, “TRMotor” və “Rolls-Royce” şirkətlərinin birgə çalışaraq MMU döyüş təyyarələri üçün mühərrik hazırlamaq qənaəti üstünlük təşkil edir.

Qeyd edək ki, bundan əvvəl MMU döyüş təyyarələri üçün ABŞ-ın “General Elektric” şirkətinin istehsalı olan F110 mühərriklərinin tədarükü planlaşdırılırdı.

SSB başqanı 2021-ci ilin martında bildirimişdi ki, “Rolls-Royce” şirkətinin MMU təyyarəsi üçün hazır mühərriki yoxdur. Lakin Türkiyədə qurduqları ortaqlıqdan sonra bu təyyarə üçün mühərrik hazırlamaq mümkün olub.

Məlumat üçün onu da qeyd edək ki, beşinci nəsil MMU döyüş təyyarəsinin 2023-cü il martın 18-də sınaqlara başlayacağı planlaşdırılıb. Təyyarənin sertifikasiya prosesi 3 il çəkəcək. Beləliklə Türkiyənin milli döyüş təyyarəsi 2029-cu ildə xidmətə başalayacaq.

Poliqon.az

CATEGORIES
TAGS