Türkiyənin milli müdafiə naziri Azərbaycana gəlib

Türkiyənin milli müdafiə naziri Azərbaycana gəlib

Türkiyənin milli müdafiə naziri Yaşar Güler ​​Azərbaycanda keçirilən “Mustafa Kamal Atatürk-2023” birgə təlimini izləmək və ikitərəfli görüşlər keçirmək üçün Bakıya gəlib.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidmətinə istinadən xəbər verib.

Türkiyənin milli müdafiə naziri Yaşar Güleri hava limanında Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər hərbi rəsmilər qarşılayıb.

CATEGORIES
TAGS