Türkiyənin MİUS döyüş PUA-sı 2023-cü ildə ilk uçuşunu edəcək

Türkiyənin MİUS döyüş PUA-sı 2023-cü ildə ilk uçuşunu edəcək

Türkiyənin “Baykar” şirkəti MİUS (Muharip İnsansız Uçak Sistemi) adlı yeni döyüş pilotsuz uçuş aparatının yaradılması üzərində işlərini davam etdirir.

“Poliqon” xəbər verir ki, bu barədə “Baykar” şirkətinin baş texnologiya mütəxəssisi Selçuk Bayraktar deyib.

Selçuk Bayraktarın sözlərinə görə, “Baykar” şirkəti 12 ildən çoxdur ki, MİUS layihəsi üzərində işləyir. “Bayraktar TB3” pilotsuz uçuş apratı kimi MİUS layihəsi də Türkiyənin öz milli imkanları hesabına icra edilir.

“1,5 tona yaxın döyüş sursatı və faydalı yük daşıma imkanına malik yeni döyüş pilotsuz uçuş aparatı “5 Mach” sürətinə sahib olacaq. MİUS radara az görünən dizayına sahib olması üçün sursatlarını gövdə içərisində gəzdirə biləcək. Radar görünməzliyinin ön planda olmadığı missiyalarda sursatları qanad altında da saxlamaq imkanları var.

Uçuş aparatının dizaynı analoqlarından şaquli quyruq və qarşıda kanard dediyimiz üfüqi idarəetmə səthi ilə fərqlənir. Bu idarəetmə səthləri sayəsində MİUS yüksək manevr qabiliyyətinə sahib olacaqdır. MİUS yaxın döyüş manevrlərini inkişaf etdirilmiş süni intellekt kompüterləri sayəsində avtonom şəkildə həyata keçirə biləcəkdir”, – deyə S.Bayraktar vurğulayıb.

S.Bayraktar bildirib ki, MİUS-u dünyada bu sahədə inkişaf etdirilən digər prototiplərdən fərqləndirən xüsusiyyətlərdən biri də “TCG Anadolu” sinifindəki enmə və qısa uçuş zolaqlı gəmilərdən qalxmağıdır. Yeni döyüş PUA-sı “TCG Anadolu” gəmisindən katapult köməyi olmadan tərk etməyi bacaracaq. PUA durdurma kabelləri və qarmaqlarının köməyi ilə gəmiyə enə biləcək.

Yaxın hava dəstəyi və strateji hücum əməliyyatları üçün nəzərdə tutulan MİUS daha yüksək imkanlara malik son nəsil pilotlu döyüş təyyarələrinə qarşı da mübarizə aparacaq.

Məlumatda o da qeyd olunub ki, “Baykar” şirkəti 2023-cü ildə MIUS prototipinin ilk uçuşunu həyata keçirməyi planlaşdırır.

MIUS1 MIUS2 MIUS3 1 MIUS4

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS