Türkiyənin Pakistan üçün inşa etdiyi sonuncu korvet suya endirilib

Türkiyənin Pakistan üçün inşa etdiyi sonuncu korvet suya endirilib

PN MİLGEM Layihəsi çərçivəsində Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən dördüncü korvet “PNS Tariq” suya endirilib.

“Poliqon” Pakistan hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu münasibətlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın da iştirak etdiyi mərasim keçirilib.

Qeyd edək ki, PN MİLGEM Layihəsi Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı ASFAT şirkətinin baş podratçılığı ilə həyata keçirilir. Bunun üçün 2018-ci il senyabrın 6-da ASFAT ilə Pakistan Müdafiə İstehsalat Nazirliyi arasında 4 gəmilik proqram üzrə müqavilə imzalanıb. Layihə çərçivəsində Pakistan HDQ-yə çatdırılacaq 4 korvetin inşası eyni vaxtda davam edir.

Layihənin ilk gəmisi “PNS Babur” 2021-ci ilin avqustunda İstanbul Tərsanə Komandanlığında, ikinci gəmi “PNS Badr” 2022-ci ilin mayında Kəraçi Tərsanə Komandanlığında və üçüncü gəmi “PNS Khaiber” 2022-ci ilin noyabrında İstanbul Tərsanə Komandanlığında suya buraxılıb.

PN MİLGEM Layihəli korvetin uzunluğu 108,2 m, eni 14,8 m, su basımı 2985 ton təşkil edir. 142 personalı daşımaq qabiliyyətinə malik korvetin sürəti 26+ düyün, mənzili isə 4000 NM-dir. Korvet 1 ay ərzində bazadan uzaqda əməliyyat aparmaq imkanına sahibdir.

Poliqon.az

CATEGORIES
TAGS