Türkiyənin T925 çoxməqsədli helikopteri ilk dəfə nümayiş olunur

Türkiyənin T925 çoxməqsədli helikopteri ilk dəfə nümayiş olunur

Türkiyənin TUSAŞ şirkəti Fransada keçirilən “Paris Air Show” aviasiya sərgisində ilk dəfə olaraq T925 çoxməqsədli helikopterini nümayiş etdirib.

Bu barədə “Poliqon” “Avitaion Week” jurnalına istinadən xəbər verib.

Bildirilib ki, sərgidə T925 ilə yanaşı, “Anka”, “Aksungur” pilotsuz uçuş aparatları (PUA), T929 ağır döyüş helikopteri və digər məhsullar nümayiş olunacaq.

Türkiyə KİV-lərinin qeyd etdiyinə görə, 11 tonluq T925 helikopteri, ATAK-2 kimi tanınan T929-un çoxməqsədli versiyası kimi dizayn olunub. T925-də də ATAK-2-dəki kimi eyni transmissiya və mühərrik sistemindən istifadə edilib.

T925 helikopteri 21 nəfəri daşıya biləcək. Bu cəhətdən helikopter Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alan S-70 “Black Hawk” və AS532 “Cougar”dan daha yüksək tutuma malik olacaq.

Poliqon.az

CATEGORIES
TAGS