Müdafiə
Türkiyənin müdafiə naziri Naxçıvana gəlir

Mayın 14-də Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına rəsmi səfər edəcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində qonağın Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinə ziyarəti planlaşdırılır.
Səfər mayın 15-dək davam edəcək



