TUSAŞ Azərbaycanda “Turkish Aerospace Azerbaijan” törəmə şirkətini yaradıb

TUSAŞ Azərbaycanda “Turkish Aerospace Azerbaijan” törəmə şirkətini yaradıb

Türkiyənin “Türk Havacılık ve Uzay Sanayii” (TUSAŞ) şirkəti Azərbaycanda “Turkish Aerospace Azerbaijan” adlı yeni törəmə şirkət yaradıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı “Turkish Aerospace Azerbaijan” şirkətinə baş direktor təyin olunan Uğur Gülan özünün “Linkedin” hesabında paylaşım edib.

“Uğurlarından və bir hissəsi olmaqdan qürur duyduğum “Türk Havacılık ve Uzay Sanayii” şirkətinin Azərbaycanda fəaliyyət göstərəcək yeni “Turkish Aerospace Azerbaijan” törəmə şirkətinin baş direktoru vəzifəsində çalışacağımı məmnuniyyətlə bölüşmək istərdim.

Yeni vəzifəmdə dəyərli komanda yoldaşlarımla saysız-hesabsız yeni uğurlara imza atmağı səbirsizliklə gözləyirəm”, – deyə U.Gülan paylaşımında bildirib.

CATEGORIES
TAGS