TUSAŞ ilk “Anka-S” PUA-nı Tunis Ordusuna təhvil verib
Tunis Silahlı Qüvvələrinin sifarişi əsasında Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən ilk “Anka-S” pilotsuz uçuş aparatı (PUA) sifarişçiyə çatdırılıb.
“Poliqon” xəbər verir ki, Türkiyə və Tunis arasında “Anka-S” PUA-larının ixracına dair müqavilə 4-8 mart 2020-ci ildə Tunis Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi zamanı imzalanıb.
Müqavilə çərçivəsində 80 milyon ABŞ dolları dəyərində 3 ədəd “Anka-S” PUA və 3 ədəd idarəetmə stansiyası Tunis Hərbi Hava Qüvvələrinə təhvil veriləcək. Qalan 2 ədəd “Anka-S” PUA-ların 2022-ci ildə TUSAŞ şirkəti tərəfindən Tunisə çatdırılacağı planlaşdırılıb.
“Anka-S” PUA 200 kq faydalı yük ilə 30000 fut yüksəklikdə 24 saat uçuş həyata keçirə bilir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər