HavaXəbərlər

TUSAŞ istehsalı aviasiya vasitələri yerli sifarişçiyə təhvil verilib

TUSAŞ şirkəti tərəfindən istehsal edilən aviasiya vasitələri Türkiyənin Əmniyyət Baş İdarəsinə təhvil verilib.

“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, bununla bağlı keçirilmiş mərasimdə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu iştirak ediblər.

Mərasim çərçivəsində TUSAŞ istehsalı olan AKSUNGUR pilotsuz uçuş aparatı (PUA), T129 ATAK və T-70 helikopterləri Əmniyyət Baş İdarəsinin istismarına verilib.

Qeyd olunub ki, AKSUNGUR PUA-nın tədarükü TEI şirkəti tərəfindən inkişaf etdirilmiş yerli TEI-PD170 mühərriki ilə həyata keçirilib. Bununla da yerli mühərriklə təchiz edilmiş AKSUNGUR PUA ilk dəfə olaraq Əmniyyət Baş İdarəsinin inventarına daxil edilib.

Back to top button