TUSAŞ “Şimşək”in səsdən sürətli versiyasını hazırlayır

TUSAŞ “Şimşək”in səsdən sürətli versiyasını hazırlayır

Türkiyənin TUSAŞ şirkəti “Şimşək” hədəf dronun səsdən sürətli (supersonik) versiyasını hazırlayır.

“Poliqon” xəbər verir ki, bu barədə TUSAŞ şirkətinin baş direktorunun müavini Ömər Yıldız bildirib.

Direktor müavini “Şimşək” hədəf dronun sürətini 450 düyünə qədər artırdıqlarını deyib: “Hazırda TUSAŞ tərəfindən “Şimşək”in səsdən sürətli versiyası hazırlanır. Bununla biz həm supersonik sürətləri keçməyi, həm də 0,8-0,9 mach sürətlə uçacaq yüksək sürətli hədəf təyyarəsi yaratmağı hədəfləyirik”.

Ömər Yıldız inkişaf etdirilən hədəf dronlarının fərqli konfiqurasiyalarda hazırlana və müxtəlif məqsədlər üçün istifadə edilə biləcəyini açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl TUSAŞ-ın baş direktoru Temel Kotil “Şimşək” hədəf dron sisteminin 200 km mənzilli kamikadze drona çevrildiyini bildirib. Onun sözlərinə görə, “Şimşək”in kamikadze versiyası 5 kq partlayıcı daşıyır və silahlı pilotsuz uçuş aparatı sistemlərinə inteqrasiya edilə bilir. “Anka” PUA-dan buraxılan “Şimşək” kamikaze dronu “Aksunqur” PUA-da da istifadə edilə biləcək.

Poliqon.az

CATEGORIES
TAGS