TUSAŞ T129 ATAK-ların Filippinə tədarükünü tamamlayıb

TUSAŞ T129 ATAK-ların Filippinə tədarükünü tamamlayıb

Türkiyənin TUSAŞ şirkəti T129 ATAK hücum helikopterlərinin 2 ədədlik üçüncü partiyasını Filippin Hərbi Hava Qüvvələrinə təhvil verib.

“Poliqon” “SavunmaSanayiST.com”a istinadən xəbər verir ki, bununla da T129 ATAK-ların Filippinə çatdırılması tamamlanıb.

Qeyd edək ki, Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) və Filippinin Müdafiə Nazirliyi arasında 280 milyon ABŞ dolları dəyərində 6 ədəd T-129 ATAK helikopterinin ixracını nəzərdə tutan müqavilə 2018-ci ildə imzalanıb.

CATEGORIES
TAGS