Ukrayna Almaniyadan dron alır

Ukrayna Almaniyadan dron alır

Ukrayna Müdafiə Nazirliyi ilə Almaniyanın “Quantum-Systems” şirkəti arasında “Vector” dronlarının tədarükünə dair müqavilə imzalanıb.

Bu barədə “Poliqon” “Quantum-Systems” şirkətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, sifariş verilən “Vector” dronların kiçik bir hissəsi artıq Ukrayna ordusu tərəfindən istifadə olunur. Sifarişin böyük hissəsi istehsal və Ukrayna personallarının təlimi başa çatdıqdan sonra təhvil veriləcək.

Qeyd edək ki, kəşfiyyat missiyalarının icrası üçün nəzərdə tutulan “Vector” dronu 15-25 m\s sürətlə uçmaq və 120 dəqiqə havada qalmaq imkanına sahibdir. Dronun qanad açıqlığı 2.8 metr, uzunluğu isə 1.63 metr təşkil edir. Dronun dizaynı, onun çantasında qatlanaraq yerləşdirilməsi personal tərəfindən daşınmasını asanlaşdırır.

Elşən Abdulkərimov

Poliqon.az

CATEGORIES
TAGS