Ukrayna əlavə “Bayraktar TB2” PUA-ları alacaq

Ukrayna əlavə “Bayraktar TB2” PUA-ları alacaq

2021-2022-ci illər ərzində Ukrayna Müdafiə Nazirliyi Türkiyənin “Baykar” şirkətindən daha 4 kompleks “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) almağı planlaşdırır.

“Poliqon” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Valeri Zalujnı bildirib ki, Ukrayna “Bayraktar TB2” parkını 3 dəfə artırmaq niyyətindədir.

Baş Qərargah rəisi onu da qeyd edib ki, hazırda Silahlı Qüvvələrin arsenalında 12 ədəd “Bayraktar TB2” PUA-sı olmaqla 2 belə kompleks var.

““Bayraktar”ları almaqla iş bitmir. Birincisi, onlarla səmərəli işləməyi öyrənməliyik. İkincisi, onların istifadə taktikasını bilməliyik. Düzünü deyim ki, Azərbaycanın təcrübəsini öyrənə bilsəydik, daha əlverişli olardı. Etiraf edirəm ki, bu təcrübədən çox az şey bilirik”, – deyə Valeri Zalujnı bildirib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS