Ukrayna hərbi aviasiya parkını genişləndirəcək

Ukrayna hərbi aviasiya parkını genişləndirəcək

Ukrayna Silahlı Qüvvələri ABŞ-ın hərbi yardımı çərçivəsində 5 ədəd Mi-17V5 və 1 ədəd Mi-8MTV də daxil olmaqla yeni helikopterlər alacaq.

Bu barədə “Poliqon” xarici KİV-lərə istinadən məlumat verib. Əfqanıstan Hərbi Hava Qüvvələrində xidmət keçmiş sözügedən 6 helikopterin ilk partiyasının cari ilin yazında Ukraynaya çatdırılacağı gözlənilir.

“Scramble Magazine”nin Əfqanıstandakı mənbələrdən əldə etdiyi məlumatına görə, Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus iyirmiyə yaxın Mi-8/17 tipli helikopter hazırda ölkə hüdudlarından kənardadır və onların taleyi naməlum olaraq qalır. Bu helikopterlərdən şübhəsiz ki, Əfqanıstan hökumətinin rəhbərləri və hərbi qulluqçuları Tacikistan və Özbəkistan kimi qonşu ölkələrə qaçarkən istifadə olunub.

CNN-in daha əvvəl xəbər verdiyi kimi, Bayden administrasiyası Rusiya sərhəddə qüvvələr topladığı bir vaxtda Ukraynaya hərbi məsləhətçilər və yeni texnikalar göndərməyi düşünür. Planlarla tanış olan bir çox mənbəyə istinadən CNN bildirib ki, Müdafiə Nazirliyi Əfqanıstana gedən bəzi texnikaların, o cümlədən Mi-17 helikopterlərinin Ukraynaya göndərilməsi üçün təzyiq göstərir.

Qeyd edək ki, bundan əvvəl, Ukraynanın müdafiə naziri Pentaqondan “Taliban”ın hakimiyyəti ələ keçirilməsindən öncə Əfqanıstan üçün nəzərdə tutulan silahların, o cümlədən hava hücumundan müdafiə, dəniz müdafiəsi və radioelektron mübarizə vasitələrinin Ukraynaya verilməsini xahiş etmişdi (həmçinin bax: Ukrayna ABŞ-dan hərbi kömək istəyib).

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş