Ukrayna hərbi donanmasını gücləndirir

Ukrayna hərbi donanmasını gücləndirir

Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Oleksiy Neyjpapa 2022-ci il üçün milli donanmanın gücləndirilməsi planlarını açıqlayıb.

Bu barədə “Poliqon” Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, bu il donanmanın istismarına Ukrayna Qəhrəmanı gizir Vyaçeslav Kubrakın adını daşıyan ən azı daha bir “İsland” tipli kater qəbul edilməlidir. Bu kater digər “Sister-şipami” – P190 “Slavyansk”, P191 “Starobilsk”, P192 “Sumi” və P193 “Fastiv” ilə eyni bölmənin bir hissəsi kimi xidmət edəcəkdir.

Bundan əlavə, 2022-ci ildə Türkiyənin ADA sinif korvetindən sonra ilk korvet yerli təsislərdə tamamlanmaq üçün Ukraynaya gətiriləcək.

HDQ komandanı kontr-admiral O.Neyjpapa qeyd edib ki, 2021-ci ildə Simferopol layihəsi üzrə kəşfiyyat gəmisinin dövlət sınaqları keçirilib. Lakin HDQ komandanı bu gəminin 2022-ci ildə Ukrayna donanmasına daxil olub-olmayacağını açıqlamayıb.

Bundan başqa, Böyük Britaniya ilə Ukrayna arasında kredit əsasında səkkiz raket gəmisi, iki minaaxtaran gəmi və bir freqatın tədarükü ilə bağlı danışıqlar aparılır.

Kontr-admiral O.Neyjpapanın sözlərinə görə, Ukrayna Hərbi Dəniz Qüvvələri Britaniyanın Sandaun layihəsi çərçivəsində inşa edilən iki minaaxtaran gəmidən birincisini 2022-ci ilin sonuna qədər silahlanmaya qəbul etməyi planlaşdırır.

Poliqon.az

CATEGORIES
TAGS